Con Bolton: Bayden hökumətinə sızmış İran agentləri təmizlənməlidir
2023-09-29 09:20:21
Con Bolton Bayden hökumətinə sızmış İran agentlərinin təmizlənməsini zəruri sayıb.
ABŞ-ın BMT-dəki keçmiş səfiri və Donald Trampın prezidentliyi dövründə Ağ Evin milli təhlükəsizlik müşaviri olmuş Con Bolton “Semaphore” araşdırma mərkəzi və “İran International” xəbər kanalının hesabatının məzmununa toxunaraq deyib ki, İslam Respublikası agentlərinin ABŞ hökumətinə təsiri barədə xəbərlər ABŞ-ın təhlükəsizliyi üçün əsl təhdiddir.
Boltonun sözlərinə görə, ABŞ Konqresinin nümayəndələri gözləməməli və məsələni araşdırmaq üçün dərhal ictimai görüşlərə başlamalıdırlar.
Ülviyyə, Huriyyet.az