📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Conson: “Düşündükcə dəhşətə gəlirəm! Bir çox rus analarının oğulları evə qayıtmayacaqlar!”

2022-01-26 14:29:00

Conson: “Düşündükcə dəhşətə gəlirəm! Bir çox rus analarının oğulları evə qayıtmayacaqlar!”

Hurriyyet.az “Akşam” nəşrinə istinadla xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyaya təhdid kimi xəbərdarlıq edib. Conson Ukrayna ilə Rusiya arasındakı gərginlikdən danışarkən deyib: “Əgər Rusiya müharibə yolunu seçərsə, bir çox rus anaların oğulları evə qayıda bilməyəcəklər”.

Conson parlamentdəki çıxışı zamanı deyib: “Əgər Putin qan tökmək yolunu seçərsə, ukraynanlılar güclü müqavimət göstərəcəklər. Tarix də bunu göstərir. 2014-cü ildə ölkələrini müdafiə eləməyə çalışan ukraynanlılar hərbi bacarıqlarını daha da gücləndirmiş halda qətiyyətlə döyüşəcəklər. Əgər Rusiya müharibə yolunu seçərsə, bir çox rus anaların oğulları evə qayıda bilməyəcəklər”.

O, Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə Britaniyanın da NATO qüvvələri tərkibində hərbçi göndərməyə hazır olduğunu bildirib: “Rusiya Ukraynanı işğal edərsə, Avropadakı müttəfiqlərimizi qorumaq üçün NATO-nun yeni səfərbərliyində iştirak etməyə çalışacağıq”. Rusiyanın Ukrayna sərhədində 100 min rus hərbçisini yerləşdirməsinə cavab olaraq Britaniyanın da regiona hərbçi göndərəcəyini vurğulayan Conson İngiltərənin Estoniyadakı NATO qüvvələrinə liderlik elədiyini də qeyd edib. Conson 2015-ci ildən indiqə qədər Britaniya ordusunun 21 min ukraynalı hərbçiyə təlim keçdiyini xatıladıb.

Conson deyib: “Rusiya Ukraynaya hücum edərcə, baş verəcək faciəni düşündükdə dəhşətə gəlirəm. Ukraynalılar ölkələrini müdafiə eləmək üçün bütün qanuni hüquqlara malikdirlər. Müqavimətlərinin Çeçenistandakı, Bosniyadakı və ya Avropanın 1945-ci ildən indiyə qədər qarşılaşdığı hər hansı bir münaqişəyə bənzər şəkildə qanlı olacağına inanıram”.

Conson Britaniya ilə müttəfiqlərinin Rusiyaya ağır iqtisadi sanksiyalarla cavab verəcəklərini də vurğulayıb.

Hürr Tərcüman