Conson: “Ukrayna böhranını diplomatiya həll edə bilər”
2022-02-08 23:22:00
“Əminəm ki, diplomatiya Ukrayna ətrafındakı böhranın qarşısını ala biləcək”.
Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson danışıb.
“Mən hələ də inanıram ki, prinsipial diplomatiya bu böhranın qarşısını ala bilər”, - deyə o bildirib.
Onun sözlərinə görə, dialoq üçün əsas şərt Rusiya tərəfindən gərginliyin azaldılmasıdır.
Mənbə: Oxu.az