📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Conson: "Ukrayna Silahlı Qüvvələri üçün 6 min raket verəcəyik"

2022-03-24 22:09:00

Conson:

Böyük Britaniyanın baş naziri Boris Conson NATO və G7 ölkələrinin toplantısından sonra bir sıra açıqlamalar verib. 

Ukraynaya hərbi və iqtisadi dəstək verəcəklərini ifadə edən Conson, Ukraynanın işğalını "insanlıqdan kənar" adlandırıb.

Boris Conson İngiltərənin Ukrayna silahlı qüvvələri üçün 6 min raket və 25 milyon funt-sterlinq göndərəcəyini deyib.

"Biz rus xalqına qarşı deyilik, amma hamımız düşünürük ki, Vladimir Putinin indiki rəhbərliyi altında görülən işlər fəlakətdir" - deyə Conson  bildirib.\\Qaynarinfo