📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Conson yenidən mediaya qayıdır: Veriliş aparacaq

2023-10-28 17:00:37

Conson yenidən mediaya qayıdır: Veriliş aparacaq

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson gələn ildən GB News telekanalına müəllifin siyasi proqramının aparıcısı və analitiki kimi qoşulacağını açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, Conson bununla bağlı telekanalın yayımladığı videomüraciətdə bildirib:

“Mən tezliklə GB News-da sizə qoşulacağımı elan etməkdən məmnunam. O gözəl yeni kanalda hər şeyə öz fikirlərimi mübaliğəsiz təqdim edəcəm. Qarşımızda açılan böyük imkanlar qarşısındakı çətinliklərdən danışacağam”.

Kanal bildirir ki, gələn ildən başlayaraq keçmiş baş nazir “Britaniyanın gücünü bütün dünyada nümayiş etdirəcək” yeni proqram yaradıb təqdim edəcək və həm Böyük Britaniyadakı ümumi seçkilərin işıqlandırılmasında, həm də gələn ABŞ seçkilərində əsas rol oynayacaq.

Yeri gəlmişkən, bu, Consonun 2022-ci ildə baş nazir postunu tərk etdikdən sonra kütləvi informasiya vasitələrində işləmək üçün ilk cəhdi deyil. İyun ayında məlum olub ki, o, “Daily Mail” qəzetində köşə yazarı kimi işləmək üçün rəsmi icazə almayaraq yenidən nazirlik məcəlləsini pozub. Qaydalara görə, bütün keçmiş baş nazirlər yeni vəzifəyə başlamazdan əvvəl vəzifəsini tərk etdikdən sonra iki il ərzində Praktiki Təyinatlar üzrə Məsləhət Komitəsindən (Acoba) razılıq almalıdırlar.

Conson ictimaiyyətə açıqlamadan yarım saat əvvəl komitəyə yeni təyinat barədə məlumat verməyib.

Xatırladaq ki, bundan əvvəl, 2018-ci ildə Böyük Britaniyanın xarici işlər naziri postunu tərk etdikdən sonra siyasətçi rəsmi icazə almadan “Teleqraf” qəzetində köşə yazıb./publika.az/