Conson Zelenski ilə görüşdən əvvəl Putin ilə telefonla danışacaq
2022-01-31 17:55:00
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya səfəri ərəfəsində Rusiya Prezidenti Vladimir Putinlə telefon vasitəsi ilə danışıq aparacaq. Bu barədə məlumatı “Röyters” agentliyi yayıb. Açıqlamada deyilir: “Baş nazirin günün ikinci yarısında Putinlə danışacağı göslənilir”.
“Mirror” qəzetinin verdiyi xəbərə görə, Britaniyanın Baş naziri Boris Conson ilə Xarici İşlər naziri Liz Trass sabah Ukraynada səfərdə olacaqlar.
Hürr Tərcüman