Consona cərimə cəzası veriləcək
2022-04-12 18:08:00
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Britaniyanın Baş naziri Boris Conson pandemiyanın ağır dövründə Dauninq-stritdə qonaqlıq keçirdiyinə görə cərimələnəcək.
Dünən London polisi ölkədə pandemiyanın kəskinləşdiyi və məhdudiyyətlərin sərtləşdirildiyi dövrdə Britaniyanın Baş nazirinin iqamətgahında və digər hökumət binalarında keçirilmiş qonaqlıqların iştirakçılarına 50-dən artıq cərimə cəzası kəsib.
Bu barədə açıqlamanı bu gün Britaniya Nazirlər Kabinetinin təmsilçisi verib. Consonun nümayəndəsi deyib: “Baş nazir ilə Maliyyə Naziri bu gün paytaxt polisinin onlara cərimə cəzası verəcəyinə dair bildiriş alıblar”.
Hürr Tərcüman