📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Consonun xələfi kim olacaq? Liz Trass, yoxsa Rişi Sunak?

2022-07-20 20:08:00

Consonun xələfi kim olacaq? Liz Trass, yoxsa Rişi Sunak?

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Böyük Britaniyanın keçmiş Maliyyə Naziri Rişi Sunak ilə Krallığın Xarici İşlər naziri Liz Trass Baş nazir postu uğrunda mübarizə aparacaqlar.

Beşinci turda Sunak əvvəlki kimi liderlik edərək 113 səs toplayıb. Liz Trass da eyni sayda – 113 səs alıb. Xarici Ticarət nazirinin müavini Penni Mordont 105 səslə mübarizəni tərk edib.

Ölkənin yeni Baş nazirinin kim olacağı parlament yay tətilindən qayıdandan sonra – sentyabrın 5-də bəlli olacaq. Səsvermədə partiyanın bütün üzvləri iştirak edəcəklər. Hazırda onların sayı 200 min nəfərə yaxındır.

 

Hürr Tərcüman