📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

COP29-un loqosunun məzmunu bəlli oldu - FOTO

2024-04-15 11:55:08

COP29-un loqosunun məzmunu bəlli oldu - FOTO

COP29-un loqosunun ehtiva etdiyi məzmun bəlli olub.

Hurriyyet.az bildirir ki, COP29-un loqosu iqlim dəyişiklikləri ilə əlaqədar qarşılaşdığımız qlobal problemlər və bu çətinliklərlə mübarizə üçün zəruri olan kollektiv fəaliyyəti özündə ehtiva edir.

COP29 sədrliyinin çoxşaxəli təşəbbüslər toplusunu özündə əks etdirən loqoda buta, yarpaq və su damlaları simvollarının sintezinə dayanaraq təbii resursların əhəmiyyəti kontekstində ekoloji həssaslığa və Azərbaycanın zəngin mədəni irsinə xitab edilib.

Qeyd edək ki, loqo COP29 Azərbaycan sədrliyinin mətbuat konfransında təqdim olunacaq.

oxu.az