📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Corcina Ronaldonun 50 yaşına kimi oynayacağını düşünür

2026-10-08 13:39:36

Corcina Ronaldonun 50 yaşına kimi oynayacağını düşünür

“Əl Nəsr”in ulduzu Kriştianu Ronaldonun xanımı Corcina Rodrigez portuqaliyalı futbolçunun karyerasını 50 yaşında bitirə biləcəyini açıqlayıb.

Hurriyyet.net  xəbər verir ki, o bu barədə “Netflix”ə danışıb.

“İnsanlar “sizcə, o nə vaxt futbolu bitirəcək?” deyə soruşanda, açığı, bəlkə də 50 yaşında” – deyə Corcina bildirib.

Qeyd edək ki, 41 yaşlı K.Ronaldo bir neçə gün öncə Portuqaliya millisinin düşərgəsində problem yaşadığından oradan ayrılıb.