📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çörək sexində BƏDBƏXT HADİSƏ: Zəhərlənənlər var

2025-02-18 23:41:03

Çörək sexində BƏDBƏXT HADİSƏ: Zəhərlənənlər var

Gədəbəydə çörəkbişirmə sexində 3 nəfər dəm qazından zəhərlənib.
"Hurriyyet" "Report"a istinadən məlumat verir ki, Gədəbəy şəhəri ərazisində yerləşən çörəkbişirmə sexində çalışan 1976-cı il təvəllüdlü X.Həsənova, 1971-ci il təvəllüdlü P.Sadıqova və 1986-cı il təvəllüdlü S.Hüseynova dəm qazından zəhərləniblər.
Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.