📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“COVID-19-a yoluxmalardakı artım martda bitəcək, omikronun hazırkı dalğası iki dəfə tez keçəcək” - AÇIQLAMA

2022-02-05 17:49:00

“COVID-19-a yoluxmalardakı artım martda bitəcək, omikronun hazırkı dalğası iki dəfə tez keçəcək” - AÇIQLAMA

“Koronavirusun omikron ştammının hazırkı dalğası əvvəlkilərdən iki dəfə tez keçəcək”.

Konkret.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Allerqoloq-immunoloq Vladimir Bolibok jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, omikrona yoluxma hallarındakı artım tempi iki ay davam edəcək: “Normalda koronavirusun yeni dalğaları dörd ay davam edir, lakin omikronun yayıldığı ölkələrdə apardığımız müşahidələrin hamısında bu prosesin iki ay davam etdiyini görmüşük” – deyə Vladimir Bolibok vurğulayıb.

Həkim yoluxmalardakı artımının martın ortalarında bitəcəyini deyib. Qeyd edək ki, daha əvvəl Moskva meri Sergey Sobyanin şəhərdə koronavirusla bağlı vəziyyətin sabitləşdiyini açıqlamışdı.

Konkret.az