📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

COVİD pasportu olmadan bu məkanlara da giriş YASAQLANIR

2021-09-04 21:32:00

COVİD pasportu olmadan bu məkanlara da giriş YASAQLANIR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovun qərarı ilə bu qayda koronavirusun yayılmasını azaltmaq məqsədi ilə idarənin tabeliyindəki muzey və qalereyalarada aiddir.

Bildirilir ki, birinci doza peyvənd edilən şəxslərə də adı çəkilən yerlərə girişə icazə verilir. \\Milli.Az