📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Çox diplomu olmaq heç vaxt bir insanın ağıl göstəricisi sayıla bilməz" - FUAD QƏHRƏMANLI

2024-02-21 12:56:35

"Hər hansı polemika zamanı deyiləcək fikri, gətiriləcək arqumenti olmayan adamlar diplomlarının sayını deməklə intellektual kasadlıqlarını ört basdır etməyə çalışırlar"

"Yəqin siz də rast gəlmisiniz ki, bəzən elə adamlar olur ki, "mənim 3-4 diplomum var" deyib qürrələnirlər. Ümumiyyətlə, çox diplomu olmaq heç vaxt bir insanın ağıl göstəricisi sayıla bilməz və hesab edirəm ki, bu heç savad göstəricisi də deyil". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı deyib.

Siyasi şərhçinin fikrincə, bu, o deməkdir ki, adam heç bir sahə üzrə mükəmməl təhsil, bilik sahibi deyil, illərini müxtəlif sahələr üzrə diplom yığmağa sərf edib: "Nizami Gəncəvi demiş "kamil bir palançı olmaq yaxşıdır yarımçıq papaqçılıqdan". Bundansa bir sahə üzrə elmi karyerası olsaydı, bu 5 diplomdan daha üstün sayılardı. Bir də diqqət edin, görəcəksiniz ki, hər hansı polemika zamanı deyiləcək fikri, gətiriləcək arqumenti olmayan adamlar diplomlarının sayını deməklə intellektual kasadlıqlarını ört basdır etməyə çalışırlar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az