📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çox sayda PUA sərhədə yerləşdirildi: “Evlərinizi tərk etməyin” - Yeni əməliyyat başlayır

2022-08-18 10:28:00

Çox sayda PUA sərhədə yerləşdirildi: “Evlərinizi tərk etməyin” - Yeni əməliyyat başlayır

Türkiyə ordusu mümkün Suriya əməliyyatları ilə bağlı hazırlıqları artırıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi agentliyi SANA məlumat yayıb. Bildirilir ki, Türkiyə ordusu sərhədə əlavə hərbi qüvvələr cəlb edib. Sərhəddə çox sayda türk PUA-sının olduğu deyilir. İddialara görə, türk hərbçilər Hələb və Cerablus yaxınlığındakı yerli sakinlərə evlərini tərk etməmək barədə çağırışlar edir. Türk hərbçilərin Haseke, Rəkka və Hələbə yaxın ərazilərə də yerləşdiyi deyilir. Türkiyənin əməliyyatlarına qarşı olan Suriyanın da hazırlıq apardığı açıqlanıb.

Qeyd edək ki, Türkiyə tərəfi Suriyanın şimalında antiterror əməliyyatları keçirəcəyini bəyan edib.