📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çox yeməkdən ölüm faktı qeydə alındı

2023-06-03 11:55:00

Çox yeməkdən ölüm faktı qeydə alındı

3 kiloqram mantı son naharı oldu

Hurriyyet.az “Komsomolskaya pravda” nəşrinə istinadla xəbər verir ki, 37 yaşlı Moskva sakini üç kiloqram mantı yedikdən sonra vəfat edib. Ölüm səbəbinin çox yemək nəticəsində qida borusunun partlamasının oldğu bildirilir. Təcrübəli məhkəmə tibbi ekspertləri öz təcrübələrində belə halla ilk dəfə qarşılaşdıqlarını bildirirlər.

Moskvanın Konstantinova küçəsində yaşamış mərhumun 320 kiloqramdan artıq çəkisi olub. Onun evində 3 kiloqramdan artıq mantı yediyi, ardından 2 litr kola içdiyi bildirilir. Bundan sonra gəncin vəziyyəti kəskin şəkildə pisləşib. Xəstəxanadakı mənbə jurnalistlərə deyib: “Təcili yardım həkimlərinin əlindən heç nə gəlməyib. Gəncin qida borusu partlayıb və nəticədə o, bir neçə dəqiqədən sonra keçinib”.

Nəşin yarılması zamanı məhkəmə tibb ekspertləri onun mədəsinin demək olar ki, 10 l həcmində olduğunu aşkar edərək mat qalıblar. Lakin hətta bu həcmdə mədə belə onun həmin gün yediyi mantıların öhdəsindən gələ bilməyib. Həkimlərin fikrincə, mərhumun diafraqması qalxaraq ürəyini sıxıb, ürəkbulanma başlanıb, nəticədə qida borusu partlayıb.

Mantıların hazır alındığı, yoxsa evdə hazırlandığı bəlli deyil. Tibb işçisi deyib: “Bu qədər mantını evdə hazırlamaq çətindir. Lakin həmin kişi milliyyətcə keçmiş SSRİ-nin cənub respublikaların birindən idi. Onlar isə çox və dadlı yemək hazırlamağı bacarırlar”.

Hürr Tərcüman