📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ÇOXMİNLİK NATO ORDUSU RUSİYA SƏRHƏDİNDƏ TOPLAŞIR

2024-08-22 12:00:07

ÇOXMİNLİK NATO ORDUSU RUSİYA SƏRHƏDİNDƏ TOPLAŞIR

Hurriyyet.az xəbər verir ki,  NATO-nun 5 min nəfərə qədər əsgərdən ibarət zirehli tank briqadası Finlandiyanın Rusiya ilə sərhədindəki Mikkeli şəhərində yerləşdirilə bilər. Bu barədə "Iltalehti" qəzeti mənbələrə istinadla məlumat verib.
Qərarın yaxın həftələrdə rəsmən elan ediləcəyi gözlənilir. 
Nəşrin yazdığına görə, yeni yaradılacaq bölmə FLF (Forward Land Forces) kimi də tanınır.
Avqustun 21-də yayılan xəbərlərdə Finlandiyanın öz ərazisində hərbçi yerləşdirmək üçün bir sıra NATO ölkələri ilə danışıqlar apardığı bildirilirdi.
Hürr Tərcüman