📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cozef Bayden: Amerika iki cəbhədə döyüşür

2022-05-12 11:47:00

Cozef Bayden: Amerika iki cəbhədə döyüşür

ABŞ prezidenti Co Bayden ABŞ-da qiymətlərin qalxmasında və qlobal ərzaq qıtlığında Rusiyanın Ukraynaya müdaxiləsində günahlandırıb və bir çox insanın aclıq təhlükəsi ilə üzləşdiyini bildirib.
“Amerika iki cəbhədə döyüşür. O, daxildə inflyasiya və qiymət artımı ilə mübarizə aparır, xaricdə isə ukraynalılara demokratiyamızı müdafiə etməyə kömək edir və Rusiyanın vəhşiliyi üzündən bütün dünyada ac qalanları doyurur”, deyə Bayden bildirib.
ABŞ prezidenti bildirib ki, Rusiyanın işğalı səbəbindən Ukraynadan milyonlarla ton taxıl ixracı dayandırılıb. "Əgər bu taxıl bazara çatmasa, Afrikada bir çox insan aclıqdan öləcək, çünki onlar bir çox Afrika ölkələri üçün yeganə təchizatçıdırlar", Bayden deyib.

Ülviyyə, Hurriyyet.az