📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Crocus" terrorunun təşkilatçısı həbs edildi

2025-03-07 23:34:31

ABŞ-də "Crocus"da terror aktının təşkilatçısı həbs edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında deyilir. Bildirilir ki, İŞİD-Xorasan terror təşkilatının üzvü, “Cəfər” kimi tanınan Məhəmməd Şərifullah həbs edilib.

Martın 2-də o, bir sıra terror aktları - 2021-ci ildə Əfqanıstanın Kabil hava limanında baş verən partlayış və ötən il Moskva vilayətində "Crocus City Hall"a silahlı hücum - hazırlamaqda ittiham olunub. 

Şərifullah dindirmə zamanı etiraf edib ki, o, İŞİD-Xorasan adından "Crocus"da terror aktı hazırlayan silahlılara təlim keçib. O, Rusiyada həbs edilən terror aktını törədənlərdən ikisini tanıdığını, onlara pulemyot və digər silahlardan necə istifadə edilməsi barədə göstərişlər verdiyini deyib.