📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cüdoçumuz Avropa BİRİNCİSİ OLDU

2021-08-17 19:42:00

Cüdoçumuz Avropa BİRİNCİSİ OLDU

Latviyanın paytaxtı Riqada cüdo üzrə Avropa birinciliyi davam edir.

Oğlanların yarışında həlledici mərhələdə rusiyalı Danil Mustafinə qalib gələn cüdoçumuz Xəyal Həsənov (50 kq) qitə birinciliyində qızıl medal qazanıb. Onunla eyni çəkidə mübarizə aparan təmsilçimiz Babarəhim Mirzəyev (50 kq) isə Türkiyə təmsilçisi Məhməd Şahin Ertemi məğlub edərək bürünc medala sahib olub.

Avropa birinciliyi avqustun 19-dək davam edəcək. \\Axar