📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cüdoçumuz Olimpiya Oyunlarının yarımfinalında - Yenilənir+Video

2024-08-01 15:09:19

Cüdoçumuz Olimpiya Oyunlarının yarımfinalında - Yenilənir+Video

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Paris-2024 Yay Olimpiya Oyunlarında 1/8 final görüşünə çıxıb. 

Hurriyyet.az xəbər verir ki, burada polşalı Pyotr Kuçera ilə qarşılaşıb. 

İdmançımız bu görüşdə ipponla qalib gələrək 1/ 4 finala adlayıb. 

***

İdmançımızın 1/4 finaldakı rəqibi israilli Peter Palçik olub. 

***

Zelim Kotsoyev Peter Palçikə qalib gələrək yarımfinala çıxıb.

***

Cüdoçumuz yarımfinalda özbəkistanlı Muzaffarbek Turoboyevlə qarşılaşacaq. /Qafqazinfo.az/