Culfada avtomobilin vurduğu qadın öldü
2026-11-25 16:22:48
Bir neçə gün əvvəl Naxçıvanın Culfa rayonunda baş verən yol qəzasında xəsarət almış qadın xəstəxanada vəfat edib.
Hurriyyet.net xəbər verir ki, avtomobil vurması nəticəsində yaralanan 1954-cü il təvəllüdlü Xədicə Rəşad qızı Cəfərova bu gün xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.