Cümə namazında partlayış: 50 nəfər öldü
2022-09-02 17:11:00
Əfqanıstanın Herat şəhərində məsciddə cümə namazı vaxtı güclü partlayış törədilib.
Hurriyyet.az xəbər verir ki, partlayış nəticəsində 50 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı deyilir.
Terror aktı zamanı məscidin imamı, “Taliban”a yaxınlığı ilə tanınan və Əfqanıstanda İŞİD-ə qarşı barışmaz mövqeyi ilə seçilən Mucib Rəhman Ənsarinin də həlak olduğu bildirilir.
Hələlik heç bir qruplaşma partlayışı öz üzərinə götürməsə də, insidentin arxasında İŞİD-in dayandığı şübhə doğurmur.
yenisabah.az