📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dad alma mexanizmində şokolad

2022-07-07 23:10:00

Dad alma mexanizmində şokolad

İlk olaraq onu qeyd etmək istəyirəm  ki,təmiz şokoladın dadı ağızda 45 dəqiqə qalır.Təbii ki şokoladın əsl aromasını və dadını hiss etmək istəyirsizsə ,burnunuzu əlinizlə sıxın, ağzınıza bir şokolad parçası atın və dilinizdə buraxdığı ləzzətləri ayırmağa çalışın. Şokolad ağzınızda əriyəndən sonra əlinizi burnunuzdan götürün, ağzınızdan dərin bir nəfəs alın və burnunuzdan buraxın. Beləliklə, burnunuzda şokaladın qoxusunu və fərqli aromalarını daha da çox hiss edəcəksiniz və bu günə qədər almadığınız fərqli şokolad ləzzətini tapacaqsınız.

Yaxşı şokoladı yeyərkən ağızda yağ dadı hiss olunmamalıdır.Əgər yağ dadı hiss edirsinizsə, bu o deməkdir ki, kakao yağı ilə yanaşı bitki yağı da (palma) istifadə olunub.

Keyfiyyətli bir şokolad, kakao yağı ilə hazırlanır. Kakao yağı bədən istiliyində 36.5 əriyən yağdır.

 

Qida məsələləri üzrə mütəxəssis / Ağa Salamov

Mənbə: Qidaelmi.az