Dağıntılar altından meyiti tapıldı, dəfn zamanı DİRİLDİ - FOTO
2023-02-25 13:04:00
Suriyada zəlzələ nəticəsində dağıntılar altında qalan gəncin cəsədi tapılıb.
Hurriyyet.az xarici mediaya istinadən xəbər verir ki, Əhməd Əl-Məğribinin cansız bədəni dağıntılar altından çıxarılıb.
Dəfn zamanı gəncin qoyulduğu cəsəd torbasının tərpəndiyi görülüb və Məğribinin sağ olduğu anlaşılıb.
Onu dərhal xəstəxanaya çatdırıblar. Hal-hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.
