📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dağıntılar arasından tapılan qızıl kəmərlərlə dolu çantanın kimə məxsus olduğu məlum oldu - VİDEO

2023-02-24 22:14:00

Dağıntılar arasından tapılan qızıl kəmərlərlə dolu çantanın kimə məxsus olduğu məlum oldu - VİDEO

Kahramanmaraşda zəlzələlərdən sonra dağıntıların çıxarılması işləri zamanı bir qazma operatoru qızıl kəmərlərlə dolu çanta tapıb.

Hurriyyet.Az manset.az-a istinadən bildirir ki, xəbərdarlıq üzərinə gələn polis, protokolla dolu qızıl çantanı götürüb. Çantanın Kahramanmaraşın məşhur zərgəri İbrahim Zabuna məxsus olduğu müəyyən edilib.

Zəlzələ fəlakətində dağılan Pentapark mənzilində yaşadığı öyrənilən İbrahim Zabun və uşaqlarının dağıntılar altından sağ çıxıb-çıxmadığı məlum deyil.

Qızıl kəmərlərin hər birinin 10 min dollar dəyərində olduğu bildirilib.

Kahramanmaraş Polis İdarəsində saxlanılan qızıllar sağ qalsa İbrahim Zabuna, əks halda varislərinə veriləcək. Vərəsələrin çıxmaması halında qızıl kəmərlərin 5 ildən sonra Milli Mülkiyyətə keçəcəyi açıqlanıb.