📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dağıntılar üzərində vals: Xarkovlu məzunlar “Son zəng”i belə qeyd etdilər - VİDEO

2022-06-06 21:49:00

Dağıntılar üzərində vals: Xarkovlu məzunlar “Son zəng”i belə qeyd etdilər - VİDEO

Xarkovda bir qrup məzun bitirdikləri 134 nömrəli məktəbin xarabalıqları üzərində vals oynayıb. Şəhərdə olan bütün məktəblilər buraxılış mərasimini keçirmək üçün dağılmış binaya gəliblər.

Ukrayna Baş Prokurorluğunun məlumatına görə, Rusiya Federasiyası Silahlı Qüvvələri tərəfindən Ukraynanın şəhər və kəndlərinin davamlı bombalanması və atəşə tutulması nəticəsində 1938 təhsil müəssisəsi zərər görüb. Eyni zamanda, onlardan 182-si tamamilə dağıdılıb. Sözügedən təhsil müəssisəsi müharibənin lap əvvəlində dağıdılıb.