Dağıstana sığınmış fələstinlilərə Rusiya pasportları verilib
2024-01-10 13:09:30
Hurriyyet.az xəbər verir ki, Qəzza sektorundan olan və hazırda Dağıstanda yaşayan 62 nəfər fələstinli qaçqına respublika rəhbərliyi tərəfindən Rusiya Federasiyasının pasportları verilib.
Regional hakimiyyət Dağıstan ərazisində olan qalan fələstinli qaçqınlara da sənəd verməyi planlaşdırır.
Hazırda Dağıstan Respublikasında 156 nəfər Fələstin qaçqını var, onlardan 81 nəfəri uşaqdır. Məcburi köçkünlərin hamısının müvəqqəti yaşayış üçün istirahət evində yerləşdirildiyi, onlara yaşayış şəraiti yaradıldığı, tibbi və psixoloji xidmət göstərildiyi bildirilir.
Hürr Tərcüman