📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dağıstandakı hücumlarda şübhəli bilinən şəxslərə qarşı terrorizm maddəsi ilə cinayət işi açılıb

2024-07-08 23:56:45

Dağıstandakı hücumlarda şübhəli bilinən şəxslərə qarşı terrorizm maddəsi ilə cinayət işi açılıb

Mahaçqala və Dərbənddə törədilən hücumların iştirakçıları terrorda ittiham ediliblər.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

“Rusiya İstintaq Komitəsi iyunun 23-də Mahaçqala və Dərbənddə baş vermiş silahlı basqın faktları ilə bağlı başlanmış cinayət işinin istintaqını davam etdirir. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci (terror aktı) maddəsi ilə cinayət işi açılıb və hadisəni törətməkdə şübhəli bilinənlər məhkəmə tərəfindən həbs ediliblər. Digər şəxslərin, o cümlədən ictimaiyyətin diqqətini cəlb edən şəxslərin terror aktında əli olub-olmaması yoxlanılır. İstintaq hərtərəfli və obyektiv araşdırma aparacaq ki, bu terror aktlarının iştirakçılarının heç biri cinayət məsuliyyətindən yayınmasın”, - deyə məlumatda bildirilir.