📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dağıstandakı zəlzələ Bakı-Novorossiysk neft kəmərinə necə təsir edib?

2024-02-20 23:04:43

Dağıstandakı zəlzələ Bakı-Novorossiysk neft kəmərinə necə təsir edib?

Dağıstanda səhər saatlarında baş vermiş zəlzələ nəticəsində Bakı-Novorossiysk neft kəməri zədələnməyib.

Bu barədə Rusiyanın "Transneft” şirkətinin rəsmi nümayəndəsi İqor Demin məlumat verib.

"Bakı-Novorossiysk magistral neft kəmərində aparılan yoxlamanın nəticələrinə görə, episentrdən 200 kilometr radiusda heç bir zədə aşkar edilməyib. Bütün qurğular normal işləyir”, - Demin bildirib.

Xatırladaq ki, Dağıstanın Aqul rayonunda 4,6 bal gücündə zəlzələ qeydə alınıb.

 

Mənbə: TASS