Dağıstandan gətirilən külli miqdarda rüşvət kimin cibinə qonaq oldu?...
Tır sürücüləri ətrafında baş verən olaylardan dolayı sürücülər redaksiyamızla əlaqə saxlayaraq, mühüm məlumatlar ötürüblər. Onların iddialarına görə, gündəlik olaraq gömrük məntəqəsindən ötürülən 45 maşından cəmi 5-i bizə məxsus, geridə qalan 45-i isə Rusiyaya məxsus maşınlarıdır.
Məlumata görə, bu cür haqsızlığa Gömrük Komitəsinin göz yummasının əsl səbəbi, Dağıstan tərəfindən Gömrük Komitəsindəki yüksək vəzifəli şəxsə göndərilən külli miqdarda puldur. Sürücülərin iddiasına görə, həmin məbləğin qarşılığında gömrükçülərimiz Rusiya tərəfi ilə əlbir olub, bizim tırların keçməsinə süni əngəllər yaradıblar. Nəticə etibari ilə Dağıstan tırlarının maneəsiz keçməsinə şərait yaradılır. Biz bu iddianın nə qədər gerçək olduğunu deyə bilmərik. Amma ataların da belə bir məsəli var."Görünən dağa nə bələdçi".
Gömrükçülərimizin susqunluğu və üstəlik də gün ərzində keçən maşınların böyük əksəriyyətinin Rusiya tırlarından olması, deyilən iddianın gerçək olduğuna olan inamı bir az da artırır.
Təəssüf ki, günlərdir hər iki tərəfdən maddi, mənəvi və fiziki işgəncəyə məruz qalan sürücülərimizi hakimiyyətin heç bir qanadından dəstəkləyən yoxdur. Sanki, sürücülərimiz yurdsuz-yuvasız ömrünü yollarda keçirən bir xalqın nümayəndələridir. İnanaq və ümid edək ki, qısa müddət ərzində problem öz müsbət həllini tapacaq.
Hürriyyət.az
.jpeg)