📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dağüstü parkda dəhşətli hadisə: 21 yaşlı qız... - VİDEO

2022-04-12 15:29:00

Dağüstü parkda dəhşətli hadisə: 21 yaşlı qız... - VİDEO

Dağüstü parkda özünü hündürlükdən atan qız təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

Bu barədə  KTM-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1999-cu il təvəllüdlü gənc qız bu gün saat 11:15-də təcili olaraq mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib: "Müayinələri aparılıb. Diaqnozu sağ bazu sümüyünün orta üçdə birinin yerdəyişən, sol bud sümüyünün aşağı üçdə birinin sınığı və bədənin müxtəlif nahiyələrində küt travmanın olması olub. Hazırda huşu aydındır, vəziyyəti isə ağır-stabil olaraq qalır".