📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq

2026-10-23 17:56:31

Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir.

Hurriyyet.net  xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Yağıntılarla əlaqədar bəzi çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.