📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daha 2 nəfər minaya düşdü

2022-10-01 12:11:00

Daha 2 nəfər minaya düşdü

Tərtərdə iki nəfər rayon sakini – 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfayıl Köçəri oğlu Səhləbad minaya düşüb.

Hurriyyet.az  APA-ya istinadla bildirir ki, hadisə rayonun Üçüncü sovxoz adlanan ərazisində baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Yaralıların ayaqlarının amputasiya edildiyi bildirilir.