📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daha 3 məmur istefa verdi

2022-07-13 23:47:00

Daha 3 məmur istefa verdi

Hakim "Gürcü Arzusu" partiyasından daha üç məmur istefa verib.

Partiya sıralarından Telavi, Adigeni və Aspindze bələdiyyələrinin üzvləri gediblər.

Levan Koçloşvili, İmeda Mqebrişvili və Giya Çelişvili bildiriblər ki, istefa barədə qərarları azad danışmaları üçün qəbul ediblər.

Onların fikrincə, Qərb müxalifəti həddindən artıq dəstəkləyir və Gürcüstanın müharibəyə cəlb edilməsi təhlükəsi yaradır.

Qeyd edək ki, iyunun 28-də “Gürcü Arzusu”ndan parlamentin üç komitəsinin sədri - Sozar Subari, Mixeil Kavelaşvili və Dmitri Xundadze, iyulun 11-də isə Laqodexi, Çiatura, Tercola və Axaltsixe bələdiyyələrinin üzvləri istefa veriblər. \\Publika.az