Daha 7 amerikalı konqressmen İrəvana uçur – “ABŞ-dakı erməni seçicilərin səslərini qazamaq üçün”
2022-10-15 10:33:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Amerikanın Erməni Milli Komitəsi ABŞ-ın Nümayəndələr Palatasının payız başlanandan bəri artıq ikinci nümayəndə heyətinin Ermənistana gedəcəyini bəyan edib.
Komitənin açıqlamasına görə, bu səfər İrəvana Endi Levin, Cim Kuper, Billi Lonq, Diana de Gett, Cerri Konnolli, Con Haramendi və Devid Prays gedəcəklər.
Konqressmenlərin səfəri barəsində anons vermiş erməni politoloq Suren Sarkisyan bu siyasətçilərdən yalnız birinin Ermənistanın Konqressdəki dəstək qrupuna daxil olduğunu söyləyərək əlavə edib ki, qalanları noyabr ayında Konqressə seçkilərdə ABŞ-dakı erməni diasporunun səslərini qazanmaq niyyəti ilə İrəvana uçurlar.
Hürr Tərcüman