📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daha bir abituriyent 700 bal topladı - FOTO

2024-07-19 19:57:34

Daha bir abituriyent 700 bal topladı - FOTO

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Hurriyyet.Az-ın məlumatına görə, imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 1 nəfər göstərib.

İmtahanda 400 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.

Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplayıb.