Daha bir aktyor XƏRÇƏNGDƏN ÖLDÜ
2021-10-25 20:54:00
"Dostlar" serialının aktyoru Ceyms Maykl Tayler vəfat edib.
Prostat vəzi xərçəngindən əziyyət çəkən aktyor 59 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ceymsdə 3 il əvvəl xərçəng aşkarlanıb. Pandemiya zamanı şiş mutasiyaya uğrayıb və IV mərhələyə çatıb. Bu da bədəninin aşağı yarısının iflic olmasına səbəb olub. Xəstəliyi səbəbində ekran işinin sonrakı çəkilişlərinə qatılmayıb.
O, serialda Qanter obrazını canlandırırdı. \\Axşam.az