📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daha bir azərbaycanlı sürücü qəzaya düşdü, 4 nəfər yaralandı

2026-11-16 21:15:22

Daha bir azərbaycanlı sürücü qəzaya düşdü, 4 nəfər yaralandı

Rusiyada daha bir azərbaycanlı sürücü yol qəzasına düşüb.

Modern.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Volqoqrad vilayətinin Mixaylovski rayonunda, R-22 “Xəzər” federal avtomobil yolunun 752-ci kilometrliyində qeydə alınıb.

43 yaşlı Kalmıkiya vətəndaşının idarə etdiyi “Mercedes” markalı minik maşını ilə 32 yaşlı Azərbaycan vətəndaşının idarə etdiyi “Volvo” markalı yük avtomobili toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü və sərnişinləri - 77 yaşlı qadın, həmçinin 10 və 17 yaşlı iki oğlan xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Volqoqrad vilayət prokurorluğu baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı prosessual yoxlamanın gedişatını nəzarətə götürüb.

Qeyd edək ki, iki gün əvvəl Kalmıkiya ərazisində azərbaycanlı sürücü yol qəzasında həlak olub.