📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

2022-04-09 09:07:00

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı həlak olub.

Hurriyyet.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Məlumata görə, Mariupolun müdafiəsi zamanı Rafael Ağayev həlak olub.

Qeyd edək ki, R.Ağayev 2014-cü ildə Donbass döyüşlərinin də iştirakçısı olub. O, daha sonra "Pizza Veterano" şirkətini təsis edib. Rusiyanın hücumu başladığı ilk gündən isə Mariupolun müdafiəsini təşkil edən qüvvələrdən biri, Hərbi Dəniz Qüvvələri Dəniz Piyadalarının tərkibində döyüşlərə qatılıb.