Daha bir erməni azıb Azərbaycanın nəzarətindəki əraziyə keçdi
2022-01-14 17:42:00
Rusiya sülhməramlılarının nəzarətində olan Laçın şəhərində məskunlaşmış mülki erməni “sakin” yanvarın 14-də azaraq, Azərbaycan Ordusunun nəzarət etdiyi əraziyə keçib.
Hurriyyet.az Modern.az-a istinadən xəbər verir ki, yayılan məlumata görə, guya, 69 yaşlı erməninin psixi sağlamlığında problemlər var.
1953-cü il təvəllüdlü Andranik Aleksanyanın geri qaytarılması üçün tədbirlər görüldüyü bildirilir.
“Hadisə barədə dərhal Rusiya sülhməramlılarına məlumat verilib. Hazırda Azərbaycan tərəfi ilə danışıqlar aparılır”, - məlumatda deyilir.
Xatırladaq ki, dünən Zəngəzur bölgəsində yolu azaraq Azərbaycana keçmiş bir mülki erməni Ermənistan tərəfinə təhvil verilib.