Daha bir erməni katalikosu Paşinyana qarşı – Erməni kilsəsi öz çirkin missiyasını davam etdirir
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü Qarabağla birgə tanıyacağını elan edəndən sonra Ermənistandakı revanşist, qatı millətçi siyasi qüvvələr, eləcə də xaricdəki erməni diasporu ilə yanaşı, erməni kilsəsi də əl-ayağa düşməyə, vay-şüvən qoparmağa başladı. Dərhal erməni kilsəsinin başçısı, baş erməni katalikosu II Qaregin “Qarabağı Azərbaycanın tərkibində təsəvvür etmədiyini” dedi və erməniləri hakimiyyətə qarşı üsyana çağırdı.
Hurriyyet.az xəbər verir ki, ermənilərin daha bir ruhani lideri, xaricdəki ən böyük erməni dini mərkəzlərindən biri olan Livandakı erməni kilsəsinin başçısı, katalikos I Aram Paşinyanın məlum bəyanatına qarşı çıxıb. Erməni katalikosunun yayımladığı bəyanatda deyilir ki, “”artsax” ermənilərinin “öz müqəddəratını təyin etmə hüququ” alver predmeti ola bilməz və bu, beynəlxalq hüququn tərkib hissəsidir(?)”. Katalikosun Azərbaycanın suveren hüquqlarını sual altına ala biləcək hansı beynəlxalq hüququ nəzərdə tutduğu bəlli deyil.
Ancaq o bəllidir ki, erməni kilsəsi o cümlədən də ermənilərin özünün faciələrinə gətirib çıxaran öz çirkin “tarixi missiyasını” həyata keçirməkdə davam edir.
AzPolitika.info