📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daha bir general işdən çıxarıldı

2022-12-29 21:52:00

Daha bir general işdən çıxarıldı

Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, general-mayor Mirqasım Fazil oğlu Vahabov işdən çıxarılıb.

Hurriyyet.Az xəbər verir ki, bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb.

Bildirilib ki, Mirqasım Vahabov təqaüdə göndərilib. Onun yerinə hələlik təyinatın olmadığı qeyd olunub.