📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daha bir güləşçimiz dünya çempionatında bürünc medal qazandı

2024-10-23 22:42:26

Daha bir güləşçimiz dünya çempionatında bürünc medal qazandı

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Xasay Həsənli Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının bürünc medalını qazanıb.

Hurriyyet.Az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə gürcüstanlı Temuri Orjonikidze ilə üz-üzə gəlib.

7:1 hesabı ilə qələbə qazanan Həsənli fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, güləşçilərimizdən daha əvvəl Nihad Quluzadə (60 kq) bürünc, Rəşad Məmmədov (55 kq) isə gümüş medala sahib çıxıb.