📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daha bir güləşçimiz dünya çempionu OLDU

2021-09-24 20:13:00

Daha bir güləşçimiz dünya çempionu OLDU

Azərbaycanın daha iki təmsilçisi Rumıniyanın Konstanta şəhərində keçirilən çimərlik güləşi üzrə gənclərin dünya çempionatında qüvvəsini sınayıb.

70 kq-da çıxış edən Rübail İbrahimli startda yerli Ferents Şiki çətinliklə üstələyib. Daha sonra ukraynalı Andrey Jeliyevə məğlub olan idmançı növbəti görüşündə moldovalı Alin Kiorikiyə qalib gəlib. Yarımfinalda Moldovanın digər təmsilçisi Serciu Lupeskunu məğlub edən İbrahimli qızıl medal uğrunda qarşılaşmada ukraynalı Andrey Jeliyevə uduzaraq, ikinci yeri tutub.

80 kq-da yarışan və mübarizəyə təsnifat mərhələsindən başlayan Fərid Cabbarov isə bütün rəqiblərinə qalib gələrək çempion olub. \\Konkret