📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daha bir hərbi komissar saxlanıldı

2024-10-11 19:26:41

Daha bir hərbi komissar saxlanıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Sadiq Əliyev saxlanılıb.

Hurriyyet.Az xəbər verir ki, Qafqazinfo.Az-ın məlumatına görə, S.Əliyev külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

İş üzrə Respublika Hərbi Prokurorluğunda istintaq aparılır.

Qeyd edək ki, yaxın müddətdə bir neçə indiki və sabiq hərbi komissar həbs edilib.