📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daha bir icra başçısı müavinini vəzifədən azad etdi - FOTO

2026-01-29 11:43:16

Daha bir icra başçısı müavinini vəzifədən azad etdi - FOTO

Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Etibar Əhmədov vəzifəsindən azad olunub. 

 

"AzPolitika"-nın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı icra başçısı Rafiq Quluyev əmr imzalayıb.

Qeyd edək ki, E.Əhmədov 1956-cı ilin oktyabrın 24-də Balakən rayonunda anadan olub. O, 2011-ci ildən Xətai RİH başçısının müavini vəzifəsində işləyib. Ondan əvvəl isə RİH-də müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, daha əvvəl paytaxtın Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev vəzifəsindən azad olunub.