📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daha bir idmançımız mübarizəni dayandırıb (Paris-2024)

2024-08-02 20:20:22

Daha bir idmançımız mübarizəni dayandırıb (Paris-2024)

Azərbaycan boksçusu Murad Allahverdiyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Hurriyyet.az xəbər verir ki, 80 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda qazaxıstanlı Nurbek Oralbayla üz-üzə gəlib.

Rəqibinə məğlub olan təmsilçimiz çıxışını başa vurub.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər boksçusu Alfonso Dominqes 1/4 finalda Aybek Oralbaya (Qazaxıstan) qalib gələrək yarımfinala adlayıb. Dominqes bu nəticənin ardından ən azı bürünc medalı təmin edib.