Daha bir israil əsgəri öldü
2024-07-01 21:01:27
İsrail Ordusundan verilən açıqlamada Nahal Briqadasının 931-ci Batalyonundan olan 21 yaşlı Çavuş Ori İtzchak Hadad öldürülüb. Onun Qəzza Zolağının cənubunda baş verən qarşıdurmalarda öldüyü bildirilib.
Qeyd edilib ki, Hadadın öldüyü hadisədə Nahal Briqadasının daha bir əsgəri də ağır yaralanıb.
oktyabrın 7-dən bu günə ölən israil Əsgərlərinin sayı 671-ə yüksəlib ki, onlardan 317-si Qəzzanın quru işğalında idi.