Daha bir jurnalist öldürüldü
Hurriyyet.az xarici mətbuata istinadən xəbər verir ki, Fələstin Hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada, İsrailin hücumlara başladığı 7 oktyabr 2023-cü ildən Qəzza zolağında öldürülən jurnalistlərlə bağlı məlumat verilib.
“Fələstin” qəzetində çalışan Mahmud Kasımın İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirdiyi bildirilib.
Açıqlamaya görə, oktyabrın 7-dən İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında öldürülən jurnalistlərin sayı 151-ə yüksəlib.
“İsrail jurnalistləri qəsdən öldürür” vurğusu
Media Ofisindən əvvəlki açıqlamada İsrailin “Fələstinin səsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün” Qəzzada jurnalistləri qəsdən öldürdüyü vurğulanmışdı.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 517-si uşaq, 10 min 279-u qadın olmaqla 37 min 347 fələstinli həyatını itirib, 85 min 372 nəfər isə yaralanıb.